Milli komandamızın qapıçısı “Hannover” klubuna yollanır
15.09.2009 - 10:26
Milli komandamızın qapıçısı “Hannover” klubuna yollanır
Bakının “İnter” klubunun qapıçısı Səlahət Ağayev Almaniya Bundesliqasında mübarizə aparan “Hannover”in düşərgəsində məşq edəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, mütəmadi olaraq Azərbaycan milli komandasına dəvət olunan 18 yaşlı futbolçu sentyabrın 21-dən 29-dək alman klubunun hazırlıqlarına qatılacaq. Ağayevin bu toplanışda iştirakı yığmamızın baş məşqçisi Berti Foqtsun təşəbbüsü və “İnter”in razılığına əsasən gerçəkləşəcək.

Qeyd edək ki, Almaniya milli komandasının qapıçısı Robert Enke də “Hannover” klubunda çıxış edir. Hazırda xəstə olan futbolçunun Ağayevin Almaniya səfərinədək sağalacağı və onunla birgə hazırlıq keçəcəyi gözlənilir.
0