Xalidu Sissoko: Lənkəranda mənimlə bağlı həmişə insident yaranır
15.09.2009 - 12:23
“Bakı” klubunun qapıçısı Xalidu Sissoko “Xəzər-Lənkəran”la sabah keçiriləcək oyunda iştirak etməyəcək. Bu haqda apasport.az saytına seneqallı futbolçunun özü məlumat verib.
O, Lənkəranda baş tutacaq görüşdə meydana çıxmamasının səbəbini belə izah edib: “Bu, onunla əlaqədardır ki, orada mənimlə bağlı insident yaranır. Düzdür, bütün bunlar artıq keçmişdə qalıb və bu haqda çox danışmaq istəmirəm. Sadəcə, yenə təkrarlanmasını istəmədiyimdən sabah meydana çıxmayacağam. Bu barədə rəhbərliklə razılığa gəlmişik. Oynamasam belə, Lənkərana gedəcəyəm və kapitan kimi komandamızı dəstəkləyəcəyəm”.
Sissoko bildirib ki, öz meydanlarında “Simurq”a məğlubiyyət komanda daxilində ab-havanı pozmayıb: “Gözəl məşqlər keçmişik və əhval-ruhiyyəmiz yaxşıdır. “Xəzər-Lənkəran”la görüşə yüksək səviyyədə hazırlaşmışıq. Bu komandanı səfərdə yenəcəyimizə inanırıq”.
Qeyd edək ki, Sissokonu əvəzləyəcək xorvat həmkarı Marko Şarliya ötən mövsüm Lənkəranda inamlı oyunu ilə yadda qalıb.

0
0