Jaba böyük məbləğdə cərimələnəcək
15.09.2009 - 12:34
“Bakı” rəhbərliyi braziliyalı hücumçu Jabanı cəzalandıracaq. Klubun vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında bildirib ki, mövsümlərarası fasilədə transfer olunan 28 yaşlı futbolçusunun “Simurq”la oyunda etdiyi hərəkətdən narazı qalıblar.
Son illərdə Türkiyə Superliqasında forma geyinən Jaba çempionatımızda debüt oyununda sarı, görüş bitəndən sonra qırmızı vərəqə alıb. Buna da səbəb onun “Simurq”un gürcü müdafiəçisi Teymuraz Qonqadze ilə arasında olan insidentdir. Nəticədə baş hakim Fariz Yusifov hər iki futbolçuya oyundan sonra qırmızı göstərib.
Məmmədov Jabanın bu hərəkətinə haqq qazandırmır: “O, düz hərəkət etməyib. Oyundan sonra rəqib futbolçu ilə insidentə girişməyə və nəticədə qırmızı vərəqə almağa nə lüzum vardı? Nəticədə Jaba cəzalı duruma düşdü və “Xəzər-Lənkəran”la sabahkı vacib matçda komandaya kömək edə bilməyəcək. Bizi çətin vəziyyətdə qoyan Jabanın intizamsızlığı cəzasız qalmayacaq. Onu böyük məbləğdə cərimələyəcəyik”.

0
0