Klublar AFFA-nın “cərimə yağışı”nda islandı
15.09.2009 - 12:51
AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, komitə üzvləri Premyer Liqanın IV turunda baş verən xoşagəlməz hadisələri müzakirə edərək, uyğun qərarlar çıxarıb.
“Karvan” - “Qəbələ” matçında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 1000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra AFFA nümayəndəsinin icazəsi olmadan hakimlər otağına kənar şəxs daxil olduğu üçün yevlaxlılar daha 5000 manat ödəməlidir.
“Xəzər-Lənkəran” - “Turan” qarşılaşması cərimə sarıdan daha məhsuldar olub. 45+2-ci dəqiqədə rəqibini əllə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Valeriu Onila 2 oyunluq cəzalandırılıb və “Turan”ı 2000 manat ziyana salıb. 50-ci dəqiqədə tovuzluların rəsmisi Eldəniz Hüseynov hakimlərə mane olduğundan texniki zonadan uzaqlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılmaqla yanaşı, klubu 2000 manat xərcə salıb. Matçın 90+3-cü dəqiqəsində meydana kənar əşya (plastik qab) atıldığı üçün meydan sahibi 2000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra AFFA nümayəndəsinin icazəsi olmadan hakimlərin otağına “Xəzər-Lənkəran” klubunun rəhbəri daxil olduğu üçün klub 2000 manat ödəməyə məhkum olunub.
“Bakı” - “Simurq” matçı başa çatdıqdan sonra meydan sahiblərinin futbolçusu Silvinyo Joao De Karvalyo idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə aldığı üçün 1 oyunluq kənarlaşdırılıb və bakılıları 200 manat xərcə salıb. Oyundan sonra “Simurq”un legioneri Teymuraz Qonqadze rəqibini əllə vurduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb və 2000 manat cəriməyə layiq görülüb.
“Neftçi” – “Muğan” matçının I hissəsinin sonunda və oyun başa çatdıqdan sonra meydana kənar əşya (plastik qab) atıldığı üçün meydan sahibi 2000 manat ziyana düşüb. “Qarabağ”la oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan – “Standard”, “İnter”ə qarşı matçda 4 futbolçusu sarı vərəqə alan “Olimpik-Şüvəlan” hərəyə 1000 manat ödəyəcək.

0
0