Premyer Liqada yeni limit
15.09.2009 - 14:20
Premyer Liqada yeni limit
Gələn mövsümdən etibarən İngiltərə Premyer Liqasında legionerlərin sayına məhdudiyyət qoyulacaq. Apasport.az saytının məlumatına görə, futbolun yaradıcıları bu limiti oyunlara deyil, iştirak ərizəsinə tətbiq edəcək.

Belə ki, 2010/11 mövsümündən etibarən klublar sifariş vərəqini istədiyi qədər yox, cəmi 25 futbolçu daxil edə biləcək. Onların da ən azı 8-i ingilis və ya Uels klublarının yetirməsi olmalıdır. “Yetirmə” ifadəsi 21 yaşınadək olduğu müddətdə heç olmasa 3 il klubun heyətində olması nəzərdə tutulur. Yəni 25 oyunçudan 8-i bu yaş həddinə çatanadək lazım olan zamanı Britaniyada keçirmiş olmalıdır.

Bu isə o deməkdir ki, yeniyetmə yaşlarından Dumanlı Albiona gələnlər istisna olmaqla Premyer Liqada legioner limiti 17-yə bərabər olacaq. Hələ 21 yaşı tamam olmayan futbolçular isə 25 nəfərlik məhdudiyyətdən əlavə olaraq sifariş olunacaq.
0