“Barselona” klubunun 2 futbolçusu Bakıda
15.09.2009 - 14:52
“Barselona” klubunun 2 futbolçusu Bakıda
İspaniyanın 19 yaşadək qızlardan ibarət milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan pireneylilərin qarşıdakı matçlarda güvənəcəyi 18 futbolçu müəyyənləşib.

Sentyabrın 19-da keçiriləcək ilk görüşündə millimizlə üz-üzə gələcək ispaniyalılar Bakıda keçiriləcək turnirə “Barselona”, “Atletiko” və “Atletik” kimi məşhur klubların oyunçularını da gətirəcək. Kataloniya təmsilçisi ölkəmizə gələn yığmaya iki futbolçu verib.

Qapıçılar: Anne Landa Munyos (“Atletik”), Sandra Panyos Qarcia-Vilyamil (“Sportinq”).

Müdafiəçilər: Mariya Qalan Olyeros (“Rayo Vallekano”), Marta Carro Nolasco, Letisia Mendes Fernandes (hər ikisi “Atletiko”), Aytana Qomes de Sequra Arana (“Vitoriya”), Anna Soler Palos (“Barselona”), Yazmina Rodriges Peraza (“Takuense”).

Yarımmüdafiəçilər: Nayara Beristain Qonzales, Nekane Dias Tapia, Amaya Lambarri İzaquirre (hamısı “Atletik”), Anna Buceta Rodriges (“Penyas Rekreativo”), Marta Corredera Rueda (“Espanyol”), Paula Serrano Castanyo (“Atletiko”), Mariya Viktoriya Losada Qomes (“Barselona”), Manuela Lareo Polanko (“Vitoriya”).

Hücumçular: Ester Qonzalez Rodriges (“Levante”), İren del Rio Pelaes (“Ovyedo”).
0