Nizami Sadıqov: “Qarabağ”da çalışmağım mənə əlavə üstünlük verir
15.09.2009 - 15:18
“Qarabağ” yaxşı komandadır. Amma nə qədər yaxşı olsalar da, biz var gücümüzü ortaya qoyacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun baş məşqçisi Nizami Sadıqov deyib.
Premyer Liqanın I turunun “Qarabağ”la təxirə salınan oyunu ərəfəsində 42 yaşlı mütəxəssis rəqibi çox güclü sayıb. Sadıqov “Turan”a qayıdışınadək bir mövsüm çalışdığı “Qarabağ”la sabahkı matçda yetirmələrinin işinin asan olmayacağını düşünür: “Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Yaxşı nəticə dedikdə nəyi nəzərdə tutduğumu oyun göstərər. Əvvəlcədən proqnoz verə bilmərəm. Əlbəttə, “Qarabağ”da çalışmağım mənə əlavə üstünlük verir. Komandaya bələd olmağımın xeyri dəyir. Rəqibin güclü tərəflərini bilirəm. Hər xətdə yaxşı oyunçuları var. Üstəlik, “Qarabağ”da yerli gənc və perspektivli futbolçular da yer alıb. Onların nəyə qadir olduğunu avrokuboklar da göstərdi”.
Qeyd edək ki, Sadıqov 2008-ci ilin payızından 2009-cu ilin iyuluna kimi “Qarabağ”da qapıçılarla işləyən məşqçi kimi çalışıb.

0
0