Yığmamıza 2 qol vuran futbolçu araq şüşəsində
15.09.2009 - 15:33
Yığmamıza 2 qol vuran futbolçu araq şüşəsində
Məşhur “Smirnoff” şirkəti eksklüziv araq istehsalına başlamaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, spirtli içkilər bazarında böyük çəkiyə malik şirkət “Mançester Yunayted” azarkeşlərini sevindirmək niyyətindədir.

Belə ki, yeni araq məhz bu komandaya həsr edilib. “Çempionlar ruhu” adlanan içkinin qabı mançesterlilərin rənglərinə boyanıb. Arağın etiketində isə İngiltərə klubunun 4 aparıcı futbolçusu həkk olunub. Dimitar Berbatov, Rio Ferdinand və Park Cji Sun ilə yanaşı, Britaniya futbolunun veteranı Rayan Qiqqz yer alıb. Uels yığmasının əfsanəsi dəfələrlə Azərbaycan yığması ilə oyunlarda da meydana çıxıb və hətta dubl etməyə də imkan tapıb.
0