Milli komandamız fevralın 7-ni gözləyir
15.09.2009 - 16:13
UEFA 2012-ci il Avropa çempionatının seçmə mərhələsinin formatına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, gələn il start götürəcək seçmə oyunlar 2010-cu il dünya çempionatının seçmə mərhələsindən heç də fərqlənməyəcək.
Amma yeganə fərq iki ölkənin - meydan sahibləri Polşa və Ukraynanın birbaşa final mərhələsinə qatılmasıdır. Digər komandalar isə indi olduğu kimi yenə 9 qrupda 14 vəsiqə üçün mübarizə aparacaq. Bu isə o deməkdir ki, 6 qrupun hərəsində 6, 3 qrupun hər birində isə 5 yığma mübarizə aparacaq.
Qrup qalibləri birbaşa Avropa çempionatına yüksələcək. İkinci yerin sahiblərindən də biri eyni hüququ əldə etmiş olacaq. Qruplarda ikinci yeri tutan digər 8 yığma isə pley-off oyunlarında qalibi müəyyənləşdirəcək. Seçmə mərhələnin püşkatma mərasimi gələn il fevralın 7-də Polşanın Varşava şəhərində keçiriləcək. Azərbaycan milli komandasının da yeni seçmə mərhələdəki rəqibləri həmin gün müəyyənləşəcək.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0