Ağasəlim Mircavadov: Onların davranışı belə deməyə əsas verir
15.09.2009 - 16:41
“Turan”la oyundakı uğursuzluq “Bakı” ilə sabahkı görüşə mənfi təsir etməməlidir. Futbolçularımızın davranışı belə deməyə əsas verir”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Onun sözlərinə görə, hesabat turunda “Turan”la evdə keçirdikləri görüşdə etdikləri heç-heçədən ciddi nəticə çıxarıblar: “Həmin oyunu ciddi təhlil etmişik. Əlbəttə, növbəti xal itkisi arzuolunmaz və yolverilməzdir. Futbolçularımız “Bakı” ilə görüşə ciddi hazırlaşırlar. Onların hərəkətləri, məşqə münasibəti bizdə nikbinlik yaradıb. Hamısı başa düşür ki, “Bakı” tam fərqli komandadır və güclü rəqibi mütləq məğlub etməliyik. Azarkeşlərimiz də bizə dəstək verir. Onlarla məşqdə görüşmüşük, son turda xal itkisinə görə üzrxahlığımızı bildirmişik. Hazırda düşərgəmizdə yaxşı əhval-ruhiyyə hökm sürür”.
Mircavadov “Bakı”nın uğursuzluğa düçar olmasını qarşıdakı görüş öncəsi üstünlük saymır: “İstənilən halda, rəqib güclü komandadır. Onlar da Lənkəranda qələbə qazanmağa çalışacaq. Açığı, son vaxtlar “Bakı”da baş verənləri izləmirəm. Niyə yalan danışım ki? Xalidu Sissokonun da bizə qarşı oynamayacağını bilmirəm. O, yaxşı qapıçıdır. Çılğınlığa gəlincə, futbolçuda belə şeylər olur”.
62 yaşlı mütəxəssis “Xəzər-Lənkəran”la “Bakı” arasında keçirilən oyunların gərgin keçməsi, prinsipiallığı ilə seçilməsinə belə izah verib: “Bilirsiniz, “Xəzər-Lənkəran”a qarşı bütün komandalar yaxşı oynamaq istəyirlər. Misal üçün, cari mövsümdə ilk rəqibimiz olan “İnter” Lənkəranda 0:1 hesabı ilə uduzsa da, çox gözəl oynadı. Ancaq bu komanda son turda 2:2 hesablı heç-heçə etdiyi “Olimpik-Şüvəlan”la görüşdə zəif oynayıb. Əslində, komandalarımızın “Xəzər-Lənkəran”a qarşı xüsusi hazırlaşması yaxşı haldır. Mən bunu alqışlayıram. Deməli, bizim komandanı sayırlar”.
Mircavadov mövsümlərarası fasilədə “Bakı”dan transfer etdikləri yarımmüdafiəçi Ramazan Abbasovu keçmiş komandası ilə görüşdə meydana buraxacağını hələ müəyyənləşdirməyib: “Ramazanı oynadıb-oynatmamağı hələ bilmirəm. Mən adətən yeni gələn futbolçuya müəyyən müddət fasilə verirəm. İstəyirəm ki, uyğunlaşsın, təmkinli olsun”.

0
0