AFFA-nın baş katibi məşhur “Milan” klubunun rəsmisi ilə görüşdü
15.09.2009 - 17:24
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov və texniki direktor Bernhard Lippert “Şəfa” stadionunda Bakıda olan İtaliyanın “Milan” klubunun nümayəndələri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, tədbirdə futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Görüş zamanı sabah – sentyabrın 16-da saat 18:00-da AFFA-nın Futbol akademiyasında italiyalı mütəxəssis Canluka Ancaluci tərəfindən qapıçılar üzrə məşqçilər üçün seminar keçirilməsi qərara alınıb. Seminar zamanı yerinə yetirilməsi nəzərdə tutulan tapşırıqlar hazırda AFFA-nın Futbol akademiyasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qapıçılar üzrə məşqçisi Ramiz Əhmədovun rəhbərliyi ilə hazırlıq keçən qrupa daxil olan uşaqlar tərəfindən nümayiş etdiriləcək.
0
0