Azərbaycanlı futbolçular İranda at oynadırlar!
15.09.2009 - 18:23
Azərbaycan milli komandasında oynamaqdan imtina edən Fərzad Hatəmi İranın “Sepahan” klubuna keçib. Apasport.az saytının məlumatına görə, ötən mövsümü “Qəbələ”də keçirən 21 yaşlı futbolçu vətənində aparıcı klublardan birinin şərəfini qoruyur.
1 dəfə ölkə çempionluğu (2008), 3 dəfə ölkə kubokunu (2004, 2006, 2007) qazanan “Sepahan” 2007-ci ildə Asiya Çempionlar Liqasının finalçısı olub. Milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun dəvətini qəbul etməyən Fərzad Tehran təmsilçisinin heyətində 6 turda 3 qol vurub. O, bombardirlər yarışına başçılıq edən Əli Kərimidən 3 qol geri qalır.
Yeri gəlmişkən, İran yığmasında çıxışı ilə tanınan Kərimi də Hatəmi kimi əslən Cənubu Azərbaycandandır. “Qəbələ” ilə ötən mövsüm bitən müqaviləsini uzatmamağı qərara alan hücumçu vətəninə qayıtmağa üstünlük verdi.
Qeyd edək ki, “Qəbələ”ni mövsümlərarası fasilədə 12 futbolçu tərk edib.

0
0