Feliks Felipe “Xəzər-Lənkəran”ı görməyəcək
15.09.2009 - 18:38
“Bakı” klubunun “Xəzər-Lənkəran”la oyun öncəsi heyətlə bağlı itkiləri davam edir. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu Lənkərandakı sabahkı görüşdə cəzalı Jaba ilə yanaşı, digər braziliyalı hücumçusu Feliks Felipe Almeydanın da xidmətindən yararlana bilməyəcək. Həkimlər zədə ilə bağlı problemi olan Feliksi oyuna qədər sağaltmağa çalışsalar da, onun meydana çıxmaq şansı azdır.
Digər legionerlərdən moldovalı müdafiəçi Vadim Borets xəstələndiyi üçün məşqlərdən kənarda qalıb. Rumıniyalı yarımmüdafiəçi Kristian Muşkalu zədəsinin müalicəsini vətənində davam etdirir. “Bakı” vaxtilə “Xəzər-Lənkəran”da oynamış təcrübəli yarımmüdafiəçisi Mahmud Qurbanovun da zədə üzündən xidmətindən məhrum olub.

0
0