Maradona İtaliyada arıqlayacaq
16.09.2009 - 10:07
Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona İtaliyaya arıqlamağa gedib. Apasport.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssis bu ölkənin klinikalarının birində kurs keçəcək. Həmin məkan arıqlama üzrə ixtisaslaşıb və Maradona da bundan yararlanmaq istəyir.
Bundan əlavə, argentinalı məşqçi İtaliyada üzərində olan stressdən də qurtulmaq istəyir. Bu, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya və Paraqvay yığmalarına son məğlubiyyətlərdən sonra yaranıb. Maradona İtaliyada iki həftəyə yaxın müalicə olunmaq fikrindədir.
Qeyd edək ki, İtaliya məşhur futbolçu üçün yaxşı tanış ölkədir. Futbolçu karyerasını çox hissəsini orada keçirən Maradona “Napoli” klubunda çıxışı ilə tanınıb.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0