“Gəncə” ölkə kubokunda uğursuz start götürdü
17.09.2009 - 17:52
“Gəncə” ölkə kubokunda uğursuz start götürdü
Bu gün Azərbaycan kuboku uğrunda yeni mövsümün startı verilib. Apasport.az saytının məlumatına görə, turnirdə uğursuz start götürən “Gəncə” öz meydanında debütant “Rəvan”la görüşdə heç-heçə ilə kifayətlənməli olub.

Elə “Anşad-Petrol”la Qusarın “Şahdağ” klubları arasında Neftçaladakı oyunda da 1:1 hesabı qeydə alınıb. İmişlidə yerli “MKT-Araz” üzərində 3:1 hesablı qələbə əldə edən “Bakılı” növbəti mərhələyə çıxmaq vəzifəsini demək olar yerinə yetirib. MOİK öz meydanında debütant “Neftçi İSM” klubu üzərində əzmkar qələbə qazanıb – 2:1.

Qeyd edək ki, 1/16 final mərhələsinin cavab görüşləri sentyabrın 22-də və 23-də keçiriləcək.


17 sentyabr (cümə axşamı)

“Gəncə” - “Rəvan” - 1:1
Gəncə şəhər stadionu
Hakimlər: Elnur Muradov, Səbuhi Əmrahov, Rauf Məmmədov, Əli Əliyev
AFFA nümayəndəsi: Mehdi Qasımov
Hakim-inspektor: Vaqif Davudov

“Anşad-Petrol” - “Şahdağ”- 1:1
N.Nərimanov adına Neftçala şəhər stadionu
Hakimlər: Rasim Məmmədov, Habil Əliyev, Aleksandr Musatkin, Teymur Fərhadov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Orucəli Durmuşov

“MKT-Araz” - “Bakılı”- 1:3
Heydər Əliyev adına İmişli şəhər stadionu
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Vaqif Ayvazov, Zöhrab Əliyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əhmədağa Cabbarov

MOİK - “Neftçi İSM”- 2:1
“Şəfa” stadionu, 4-cü meydança
Hakimlər: Rauf Cabbarov, Eldar Nağıbəyov, Yaşar Abbasov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Füzuli Nəcəfov

0