Berti Foqtsun 20 dəqiqəlik mətbuat konfransı
18.09.2009 - 11:04
Berti Foqtsun 20 dəqiqəlik mətbuat konfransı
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, oktyabrın 10-da Lixtenşteyn yığması ilə qarşılaşacaq millimizin almaniyalı çalışdırıcısı görüş ərəfəsində jurnalistlər önünə çıxacaq.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq qarşılaşmadan iki gün əvvəl baş tutacaq tədbir yerli vaxtla saat 10:40-da (Bakı vaxtı ilə saat 13:40) Lixtenşteynin Vaduts şəhərində keçiriləcək. Mətbuat konfransı “Reynpark” stadionunda gerçəkləşəcək. Berti Foqtsun jurnalistlərlə görüşü millimizin mətbuat üçün açıq məşqindən 20 dəqiqə əvvəl başlayacaq.
0