Pele: Nə mən güclü futbolçuyam, nə də Maradona
18.09.2009 - 11:07
Pele: Nə mən güclü futbolçuyam, nə də Maradona
“Hər futbolçudan yaxşı məşqçi olmur. Maradona da bu məsuliyyəti üzərinə götürəndə risk edib və indi bunun əziyyətini çəkir”. Apasport.az saytının məlumatına görə, bu sözləri futbol kralı Pele deyib.

Dünya futbol tarixinin iki ən yaxşı oyunçusundan biri sayılan braziliyalı neçə illərdir gedən müzakirələrə də son qoyub. Pelenin yoxsa argentinalı Dieqo Maradonanın daha yaxşı olduğunu hələ də aydınlıq gətirməyən futbol ictimaiyyətinin axtardığı bu suala cavab tapan braziliyalı Argentina yığmasının baş məşqçisinin bu postdakı uğursuzluqlarına da münasibət bildirib: “Maradonanın futbol tarixinin ən yaxşı oyunçusu olduğunu deyə bilmərəm. Onun sağ ayağı ilə zərbələri alınmırdı. Üstəlik, başı ilə pis oynayırdı. Hava mübarizəsində vurduğu yeganə qolu da əli ilə vurub. Nə mən, nə də Maradona dünyanın ən yaxşı futbolçusu deyilik. Alfredo di Stefanonun isə tayı-bərabəri olmayıb”.
0