“Yuventus”u udduq, “Breşia” gəlsin!
18.09.2009 - 11:13
“Yuventus”u udduq, “Breşia” gəlsin!
Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, İtaliyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət yığmamız ikinci yoxlama oyununda “Breşia” ilə görüşəcək.

Oliver Pelzerin yetirmələrinin hazırlıq prosesi çərçivəsində bu klubun nəzdindəki həmyaşıdlarından ibarət komanda ilə qarşılaşması sentyabrın 20-də Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, İtaliyadakı toplanış çərçivəsində yığmamız ilk oyununu sentyabrın 17-də “Yuventus”dan olan həmyaşıdları ilə keçirib və 4:3 hesabı ilə qalib gəlib.
0