Advokat “Neftçi” klubunun futbolçularını izləyəcək
18.09.2009 - 11:19
Advokat “Neftçi” klubunun futbolçularını izləyəcək
2010-cu il dünya çempionatının final mərhələsinə düşmək uğrunda mübarizə aparan Türkiyə milli komandasının taleyini Dik Advokat həll edəcək. Apasport.az saytının məlumatına görə, ötən yay Rusiyanın “Zenit” klubu ilə yollarını ayıran holland mütəxəssis Belçika yığmasında siftəni Türkiyə ilə oktyabrın 10-da evdə keçiriləcək rəsmi oyunda edəcək.

Halbuki əvvəldən Advokatın yeni vəzifəsinə gələn il ildən tez başlamayacağı planlaşdırılırdı. Ancaq təcrübəli məşqçi Belçika yığmasında işinə danışılmış müqavilədəki müddətdən 3 ay tez başlamağa razılıq verəndən sonra vəziyyət dəyişdi. Belə olan halda, Advokat 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində son oyunlarda, yəni Türkiyə ilə görüşdən 4 gün sonra Estoniya ilə səfərdə keçiriləcək rəsmi oyunda da məşqçilər skamyasında yer alacaq.

Yeri gəlmişkən, Estoniya yığmasına “Neftçi”nin müdafiəçiləri Dmitri Kruqlovla Taavi Rahnın daim çağırıldığını nəzərə alsaq, Advokat ölkəmizdə çıxış edən legionerləri yaxından izləyəcək.

Qeyd edək ki, 5-ci qrupda mübarizə aparan Belçika yığması sona iki tur qalmış 4-cü yerdə gedir və pley-off oyunlarına vəsiqə verən 2-ci yeri tutmağa şansı qalmayıb.
0