“Qarabağ” tarixində uda bilmədiyi rəqibə qarşı
18.09.2009 - 11:59
“Qarabağ” tarixində uda bilmədiyi rəqibə qarşı
“Simurq” Premyer Liqanın V turunda özü üçün ən asan rəqiblərdən olan komanda ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, zaqatalalıların qonağı olacaq “Qarabağ” tarixi ərzində heç vaxt “Simurq”u məğlub edə bilməyib. Dördüncü mövsümdür Premyer Liqada çıxış edən Roman Pokoranın yetirmələri hər dəfə ağdamlılardan 4 xal alıb.

Belə ki, qarşılaşmaların birində qalib gələn zaqatalalılar digər görüşdə heç-heçə ilə kifayətlənib. Üstəlik, dördüncü dəfə bu rəqiblə ev oyununa çıxacaq “Simurq” qonaqların qol vurmasına da imkan verməyib. Zaqatalalılarla səfər qarşılaşmalarında qol həsrəti yaşayan ağdamlıları yalnız bir təsəllisi ola bilər.

Belə ki, “Simurq”un “Qarabağ”la evdə keçirdiyi qarşılaşmalarda vurulan bütün qolların yeganə müəllifi artıq zaqatalalıların şərəfini qorumur. İndiyədək rəqibinin qapısına 4 qol vuran Vladimir Mazyar artıq vətəni Ukraynada çıxış edir.

“Simurq” – “Qarabağ”: bütün oyunlar

mövsüm 

“Simurq”un meydanında 

“Qarabağ”ın meydanında 

2006/07 

3:0 

1:1 

2007/08 

1:0 

2:2 

2008/09 

0:0 

0:2

0