Qazzayev futbolçuları stulla “hədələyib”
18.09.2009 - 14:31
Qazzayev futbolçuları stulla “hədələyib”
Rusiyalı mütəxəssis Valeri Qazzayev əsəbləri tarıma çəkilibmiş. Apasport.az saytının məlumatına görə, Kiyev “Dinamo”sunun baş məşqçisi Çempionlar Liqasının qrup mərhələsinin I turunda “Rubin”lə (Rusiya) ev oyunu (3:1) zamanı stul sındırıb. Hadisə oyunun fasiləsində paltardəyişmə otağında baş verib. Həmin vaxt “Dinamo” hesabda 0:1 geridə olub. Belə vəziyyətdən qəzəblənən Qazzayev yetirmələrini bərk danlayıb və hətta dözməyərək stulu da sındırıb. Baş məşqçinin tənqidindən nəticə çıxaran “Dinamo”nun futbolçular II hissədə oyunun axarını dəyişib və vurduğu 3 qolla meydanı qalib tərk edib.
0