“Bununla bağlı “Bakı” ilə ortaq qərara gəlməmişik”
30.09.2009 - 13:57
“Ötən mövsümün ikinci dövrəsində Azərbaycana səfər etdiyim zaman “Bakı” rəhbərliyi ilə söhbətimiz olmuşdu. Onlar öz layihələrini göstərərək, hədəfləri olan klub yaratmaq istədiklərini bildirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bülənt Qorxmaz deyib.
Həmvətənlərinə açıqlama verən türkiyəli çalışdırıcı Azərbaycan futbolunun indiki durumunun aşağı olduğunu bildirib: “Mənə göstərilən layihələr məndə maraq oyatdı. Bu il Türkiyədə çalışacağımı düşünmürdüm. Ona görə təklif gələn kimi qəbul etdim. Burada hər şey gözəldir. Azərbaycan futbolu isə 20 il əvvəlki türk futbolu vəziyyətindədir. Amma inkişaf etməyə və yüksəlməyə potensialı var”.
Korkmaz daha sonra uzun müddətli müqavilə bağlamaq niyyətində olduğunu da vurğulayıb: “Mənim 4-5 il “Bakı”da çalışmağımı istəyirlər. Lakin bununla bağlı ortaq qərara gəlməmişik. Hər adam öz vətənində işləmək istəyir. Bu il belə bir imkanım olmadığı üçün belə qərar verməli oldum”.

0
0