Almaniya Futbol İttifaqının mütəxəssisləri Azərbaycana gəlir
30.09.2009 - 14:58
Almaniya Futbol İttifaqı 2 mütəxəssisini Azərbaycana göndərir. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, alman mütəxəssislər – Volfqanq Miersva ilə Mattias Eyles Unibank Premyer Liqasında ədalət prinsiplərini qoruyan hakimlərimiz üçün seminar keçirəcək. Bu, oktyabrın 4-dən 8-dək Bakıda olacaq.
Qeyd edək ki, bu seminar AFFA ilə Almaniya Futbol İttifaqı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində gerçəkləşəcək növbəti layihədir.
Qeyd edək ki, bu seminar AFFA ilə Almaniya Futbol İttifaqı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində gerçəkləşəcək növbəti layihədir.
0
0