“Neftçi”dən kənarlaşdırılan futbolçu İtaliyada
30.09.2009 - 15:16
“Neftçi”dən kənarlaşdırılan futbolçu İtaliyada
Sabah Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Türkiyəni bu turnirdə təmsil edən ən titullu klubları - “Qalatasaray”la “Fənərbaxça”nı ilk turla müqayisədə asan sınaq gözləyir. İstanbulda rəqib qəbul etmək növbəsi bu dəfə “Cim-Bom”undur. Qrupda ilk oyununda səfərdə “Panatinaikos”u yenən (3:1) “Qalatasaray” “Əli Sami Yen” stadionunda Avstriyanın “Şturm” klubunu sınağa çəkəcək.

“Qarabağ”ın Avroliqanın qrup mərhələsinə yolunu kəsən “Tvente” klubuna evdə uduzan (1:2) “Fənər” Moldovaya səfər edib. Komanda bu ölkənin ən titullu klubu “Şerif”lə görüşdə ilk turda uğursuzluğun əvəzini çıxmalıdır. Ötən mövsüm Bakının “İnter” klubunun heyətində Premyer Liqamızın gümüş medalçısı olan 35 yaşlı moldovalı yarımmüdafiəçi İon Testimitsianu “Fənərbaxça”ya qarşı oynayacaq. “Neftçi”nin heyətində eyni uğura imza atan bolqar yarımmüdafiəçi Svetoslav Stefanov isə İtaliya paytaxtına yollanıb. Flaqmanın ötən mövsüm bitəndən sonra müqaviləni uzatmadığı 31 yaşlı futbolçu hazırda çıxış etdiyi Sofiya MOİK-in heyətində “Roma” ilə çətin görüşün iştirakçısı olacaq.

1 oktyabr
A qrupu

“Anderlext” – “Ayaks”
“Timişoara” – “Dinamo” (Zaqreb)

B qrupu
“Slaviya” (Praqa) – “Lill”
“Valensiya” – “Cenoa”

C qrupu
“Hamburq” – “Hapoel” (Təl-Əviv)
“Seltik” – “Rapid” (Vyana)

D qrupu
“Sportinq” – “Herta”
“Ventspils” – “Herenveen”

E qrupu
“Roma” – MOİK (Sofiya)
“Fulhem” – “Bazel”

F qrupu
“Dinamo” (Buxarest) – “Panatinaikos”
“Qalatasaray” – “Şturm”

G qrupu
“Levski” – “Latsio”
“Zalsburq” – “Vilyarreal”

H qrupu
“Tvente” – “Styaua”
“Şerif” – “Fənərbaxça”

I qrupu
AEK – “Benfika”
BATE – “Everton”

J qrupu
"Tuluza” – “Brügge”
“Şaxtyor” – “Partizan”

K qrupu
“Kopenhagen” – “Sparta”
PSV – ÇFR

L qrupu
“Verder” – “Atletik”
“Austriya” – “Nasional”