“Azərbaycanlı futbolçular azarkeşlərini təəccübləndirmək istəyirdilər”
15.10.2009 - 10:27
“Azərbaycanlı futbolçular azarkeşlərini təəccübləndirmək istəyirdilər”
“Azərbaycanla oyunun nəticəsindən asılı olmayaraq, bizə mübarizə aparmaq lazım idi. Biz bunu etsək də, hər şey alınmırdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının yarımmüdafiəçisi İqor Semşov deyib.

Onun sözlərinə görə, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilə Bakıdakı oyun (1:1) turnir cədvəlində əhəmiyyət kəsb etsəydi, görüşün gedişi tamam başqa cür olardı: “Əlbəttə, oyuna köklənmə ilə bağlı problemlər vardı. Oyun heç bir şeyi həll etməyəndə, xüsusilə, Almaniyaya evdə üzücü məğlubiyyətdən sonra Bakıdakı görüşə köklənmə heç də asan deyil. Görünür, azərbaycanlı futbolçular evdə oynayarkən öz azarkeşlərini təəccübləndirmək istəyirdilər, bir qol vurdular. Ümumilikdə, bu oyun bizim üçün pley-off oyunlarına hazırlıq idi. Ola bilsin ki, bəzi vəziyyətlərdə biz tələb olunan kimi oynamadıq. Ancaq əminəm ki, bu oyun nəyisə həll etsəydi, biz qələbə qazanardıq. Hərçənd, əlbəttə ki, qalib gəlmək həmişə xoşdur”.

Qeyd edək ki, ötən yay Rusiya yığmasının heyətində Avropa çempionatının bürünc medalını qazanan Semşovun hesabında bir sarı vərəqə olub, cəzalı duruma düşmək təhlükəsi olduğu üçün Bakıda oyunda ehtiyatda qaldı.
0