Cadugər söz verdi: Kriştaino Ronaldo karyerasını bitirir!
19.10.2009 - 09:41
Cadugər söz verdi: Kriştaino Ronaldo karyerasını bitirir!
Ötən il dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən Kriştianu Ronaldonun cadugər macərası davam edir. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ının 24 yaşlı portuqaliyalı yarımmüdafiəçisini qarabaqara izləyən Pepe adlı cadugər onun yaxın vaxtlarda futbolçu karyerasını bitirəcəyinə söz verib.

Pepe bildirib ki, zədələdiyi və bu üzdən hazırda oynamayan Ronaldo dörd aydın sonra bir daha yaşıl meydana çıxmayacaq. Yəni, Kriştianu zədəsini sağaltdıqdan sonra yenidən eyni aqibətlə üzləşəcək və bu dəfə xəsarət artıq həlledici olacaq: “Ronaldo maksimum dörd aydan sonra Portuqaliyaya qayıdacaq və bir daha heç vaxt futbol oynamayacaq”.

Cadugər bu sifarişi kimdən alması ilə bağlı suala cavab verməkdən imtina edib və “həmin qadın ispaniyalı və portuqaliyalı deyil, onun 30-a yaxın yaşı var və çox nüfuzlu ailədəndir” deməklə kifayətlənib. Pepenin dediyinə görə, Kriştianu həmin qadınla pis davranıb və onunla şəxsi məqsəd naminə əlaqəyə girib, sonradan isə onu atıb.

Qeyd edək ki, Ronaldo Çempionlar Liqasının II tur çərçivəsində sentyabrın 30-da Fransanın “Marsel” klubu ilə Madriddə keçirilən görüşdə 70-ci dəqiqədə dabanından zədə aldığı üçün əvəzlənməli olub. Futbolçu bundan sonra həmin zədəsini artıq Portuqaliya yığmasının heyətində 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstanla matçda təzələyib. Maraqlıdır ki, hər iki ev oyununda Ronaldonun komandası eyni böyük hesabla (3:0) qalib gəlib. Həkimlərin sözlərinə görə, bu yay “Mançester Yunayted”dən 94 milyon avroya alınmaqla dünyanın ən bahalı futbolçusu olan Ronaldonun bərpasına ən azı bir ay vaxt gedəcək.