Subaşiç çempionluğun bir addımlığında
19.10.2009 - 10:35
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç Çin çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun çıxış etdiyi “Çanqçun Yatay” “Dalyan” klubu ilə öz meydanında keçirdiyi görüşdə 2:0 hesabı ilə qalib gəlib.
Subaşiçin komandası hər iki qolu hücumçunun meydanı tərk etdiyi 56-cı dəqiqədən sonra vurub. 28 turdan sonra xal hesabını 44-ə çatdıran “Çanqçun Yatay” çempionatın finişinə 2 tur qalmış mükafat qazanmağa real namizədlərdəndir. Hazırda III pillədə qərarlaşan Branimirin komandası “Pekin” və “Xenan” klublarından cəmi 1 xal geri qalır. Liderlərin büdrəməsinə ümid edən “Çanqçun Yatay” çempion adını da qazana bilər.
Qeyd edək ki, Subaşiçin komandası növbəti oyununu oktyabrın 24-də “Xuançjou”ya qarşı keçirəcək.

0
0