Fatih Terimin çalışdıracağı komanda məlum oldu
19.10.2009 - 11:13
Bir neçə gün öncə Türkiyə futbol yığmasının baş məşqçisi postundan istefa verən Fatih Terimin çalışdıracağı yeni komandanın adı məlum olub. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 56 yaşlı mütəxəssis böyük ehtimalla, İspaniyanın “Atletiko” (Madrid) klubuna rəhbərlik edəcək.
Məsələ burasındadır ki, Madrid komandası İspaniya Primerosunda uğursuz start götürdüyündən və Çempionlar Liqasında 2 oyuna cəmi 1 xal topladığından, baş məşqçi Abel Resinonun tutduğu vəzifədən tezliklə uzaqlaşdırılacağı gözlənilir. Yeri gəlmişkən, Terim oktyabrın 14-də dünya çempionatının seçmə qrup mərhələsinin son matçında, Ermənistanla qarşılaşmanın ardından jurnalistlərə açıqlamasında bildirmişdi ki, əcnəbi klublardan birinə rəhbərlik etməsi mümkündür. İndi isə artıq türkiyəli məşqçi ilə “Atletiko” arasında ilkin razılıq əldə olunması barədə məlumat yayılıb. Terimin bu həftə İspaniya paytaxtına yollanaraq, rəhbərliklə danışıqlar aparması nəzərdə tutulub.
Qeyd edək ki, Fatih Terim indiyədək xaricdə “Fiorentina” və “Milan” klublarının baş məşqçisi olub.

0
0