Bərdədə döyülən hakim: Hər şeyi araşdıracaqlar...
19.10.2009 - 12:57
Bərdədə döyülən hakim: Hər şeyi araşdıracaqlar...
“Hakimlikdən kənarlaşdırılmağımla bağlı xəbərlər tam həqiqəti əks etdirmir. Bu məsələdə hələ heç nə bilinmir”. Bunu apasport.az saytına açıqlamasında milli dərəcəli futbol hakimi Emil İsgəndərov deyib.

Son turlarda çempionat oyunlarına təyinat almayan referi bu peşədən bir dəfəlik uzaqlaşdırılıb-uzaqlaşdırlmaması ilə bağlı məsələyə aydınlıq gətirə bilmir. Birinci divizionun ABN (Bərdə) – “Rəvan” oyunundan sonra qara siyahıya düşən İsgəndərov hər şeyin yaxın zamanda dəqiqləşəcəyini söyləyib: “Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla söhbətimiz olub. Deyib ki, araşdırmalar gedir. Hər şeyi araşdıracaqlar, nəzərə alacaqlar və qərar veriləcək. Mən hakimlik edəcəyəm, yoxsa yox, bundan sonra bilinəcək. Yəqin ki, bu həftə hər şey aydınlaşar. Ondan sonra danışa bilərəm”.

Qeyd edək ki, həmin oyunda döyülən 43 yaşlı İsgəndərovun başına meydan sahiblərinin futbolçusu topla vurmuşdu. Qalmaqallı matçda referiyə 7,8 qiyməti verilmişdi.
0