“İnter” – “Bakı” oyununun vaxtı dəyişdirildi
19.10.2009 - 15:01
“İnter” – “Bakı” oyununun vaxtı dəyişdirildi
Unibank Premyer Liqasının təxirə salınmış III turunun "İnter" - "Bakı" qarşılaşmasının vaxtı dəyişdirilib. Peşəkar Futbol liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, oktyabrın 22-də keçiriləcək paytaxt derbisi əvvəldən planlaşdırıldığı kimi saat 18:00-da deyil, 17:10-da başlayacaq. Buna səbəb “Şəfa” stadionunda oynanılacaq qarşılaşmanın televiziya ilə canlı yayımlanmasıdır. Belə ki, turun mərkəzi görüşü olan bu matçı AzTV yayımlayacaq.
0