Korkmazın növbəti sınağı, “Neftçi” və “Olimpik-Şüvəlan” qələbə həsrətində
19.10.2009 - 23:05
Korkmazın növbəti sınağı, “Neftçi” və “Olimpik-Şüvəlan” qələbə həsrətində
Azərbaycan Unibank Premyer Liqasında VII turun həyəcanı bitməmiş növbəti görüşlər başlayır. Apasport.az saytının məlumatına görə, bu gün təxirə salınmış III turun oyunlarına start veriləcək.

Əslində, III tur avqustun sonlarında baş tutmalı idi. Ancaq yığmamız dünya çempionatının seçmə mərhələsində Finlandiya və Almaniya ilə oynadığından tur təxirə salınmışdı.

Açılış matçında autsayder “Standard” Sumqayıtda lider “Simurq” üz-üzə gələcək. Üç günə yekunlaşacaq turda “İnter” - “Bakı” qarşılaşmasının mərkəzi oyun olduğunu desək, yanılmarıq. Hər halda, bu komandalar son iki çempionatın qalibləridir və paytaxt təmsilçilərinin oyunu həmişə maraqlı, gərgin mübarizə şəraitində keçib. Cari çempionata Lənkəranda məğlubiyyətlə başlayan “İnter” bundan sonra yenilmir və liderlər qrupundadır.

Mövsümün əvvəlində baş məşqçisini dəyişən “Bakı” yeni çalışdırıcı Bülənt Korkmazın rəhbərliyi altında debütünü Tovuzda “Turan”la görüşdə (1:0) qələbə ilə qeyd etdi. “İnter”in ötən mövsümü çempionluğu son anda “Bakı”ya verməsi də oyunun prinsipiallığı artıran məqamlardandır. Ancaq komandalara çempionluq qazandıran baş məşqçilər – ukraynalı Valentin Xodukinlə makedoniyalı Qyoko Hacıyevski artıq iş başında olmadıqları üçün budəfəki “duel” onlarsız baş tutacaq.

Ardıcıl iki turdur uduzan “Neftçi” bu uğursuz seriyaya Qəbələdə son qoymalıdır. Ancaq nəzərə alaq ki, “Qəbələ” cari mövsümdə evdə hələlik yenilməyib və hətta lider “Simurq”u da üstələyib (2:1). Flaqman ötən mövsüm “Qəbələ”ni səfərdə 1:0 hesabı ilə yendikdən sonra ukraynalı baş məşqçisi Anatoli Demyanenko ilə yollarını ayırdı. Ancaq bu, “ağ-qaralar”da son baş məşqçi dəyişikliyi olmayıb və arxada qalan bir ildə daha iki çalışdırıcı – alman Hans-Yurgen Gede ilə Böyükağa Ağayev də istefaya göndərilib.

Ardıcıl dörd turdur qələbə üzünə həsrət qalan “Olimpik-Şüvəlan” bu dəfə evdə “Xəzər-Lənkəran”ı sınağa çəkəcək. Cənubluların cari mövsümdə uduzmayan yeganə komanda olduğun nəzərə alsaq, “təyyarəçilər”in qələbə həsrətinin hələ bir müddət da davam edəcəyi daha real görünür.

Cari mövsümün uğursuzları Tovuzda görüşəcək. Qələbə qazanmayan iki komandadan biri “Turan” bu sindroma “Karvan”la ev oyununda son qoyarsa, rəqibini turnir cədvəlində arxada qoyacaq.

20 oktyabr

16:00. “Standard” – “Simurq”

Baş hakim: Anar Salmanov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

21 oktyabr

16:00. “Qəbələ” – “Neftçi”

Baş hakim: Fariz Yusifov
Qəbələ. Şəhər stadionu.

16:00. “Olimpik-Şüvəlan” – “Xəzər-Lənkəran”
Baş hakim: Azad Mütəllimov
Bakı. “Şəfa” stadionu.

16:00. “Turan” – “Karvan”
Baş hakim: Rövşən Əhmədov
Tovuz. Şəhər stadionu.

16:00. “Muğan” – “Qarabağ”
Baş hakim: Elçin Məmmədov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu.

22 oktyabr

17:10. “İnter” – “Bakı”

Baş hakim: Vüsal Əliyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

N

Komandalar

O

Q

H

M

T

X

1

Simurq

6

4

1

1

7-3

13

2

İnter

6

4

1

1

13-6

13

3

Qarabağ

6

4

1

1

5-2

13

4

Xəzər-Lənkəran

5

3

2

0

7-3

11

5

Muğan

6

3

1

2

5-8

10

6

Neftçi

6

3

0

3

5-5

9

7

Qəbələ

6

2

2

2

8-10

8

8

Bakı

5

2

1

2

3-3

7

9

Olimpik-Şüvəlan

6

1

2

3

9-11

5

10

Karvan

6

1

1

4

8-10

4

11

Standard

6

0

2

4

4-8

2

12

Turan

6

0

2

4

5-10

2


Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 5
0