Pley-off mərhələsinin püşkü atıldı: Rusiya Sloveniyaya qarşı
19.10.2009 - 16:23
Pley-off mərhələsinin püşkü atıldı: Rusiya Sloveniyaya qarşı
2010-cu il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, FİFA-nın İsveçrənin Sürix şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə köhnə qitənin 8 yığma komandasının rəqibləri bəlli olub.

Yarışların əsasnaməsinə görə, seçmə mərhələnin Avropa zonasında öz qruplarında II yeri tutan 9 yığma arasında ən yaxşı nəticə göstərən 8 komanda qitənin son 4 “xoşbəxtinin” adlarına aydınlıq gətirməlidir. Seçmə mərhələdə Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Rusiya yığması CAR-a vəsiqə uğrunda Sloveniya ilə qarşılaşacaq.

Ukrayna – Yunanıstan
Fransa – İrlandiya
Rusiya – Sloveniya
Portuqaliya – Bosniya və Herseqovina


Qeyd edək ki, pley-off mərhələsinin oyunları noyabrın 14-də və 18-də keçiriləcək.
0