Fatih Sonkaya “Xəzər-Lənkəran”dan qovuldu
19.10.2009 - 17:16
Fatih Sonkaya “Xəzər-Lənkəran”dan qovuldu
Türkiyəli futbolçu Fatih Sonkaya “Xəzər-Lənkəran” klubundan qovulub. Apasport.az saytının məlumatına görə, vaxtilə Türkiyə yığmasının şərəfini qorumuş 28 yaşlı müdafiəçinin nizam-intizam qaydalarını dəfələrlə pozması lənkəranlıların səbr kasasını daşdırıb. Nəticədə klub rəhbərliyi Fatihə qapını göstərib. Hollandiya vətəndaşlığını da daşıyan Sonkaya ilə müqavilə vaxtından əvvəl pozulacaq.

Bir vaxtlar məşhur “Porto” klubunda çıxış etmiş Fatih ötən qış sabiq baş məşqçi İqor Ponomaryovun vaxtında transfer olunmuşdu. O, 13 rəsmi oyunda “Xəzər-Lənkəran”ın formasını geyinib. Bu qarşılaşmalardan 3-ü cari mövsümə aiddir.

foto: lankaranfc.com
0