“Bakı” islahatlara start verdi
19.10.2009 - 23:08
“Bakı” islahatlara start verdi
“Bakı”nın türkiyəli baş məşqçisi Bülənt Korkmaz ilk islahatlara başlayıb. Bu barədə klubun vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında bildirib ki, legionerlərdən ikisi – braziliyalı müdafiəçi Rafael Barboza və rumıniyalı hücumçusu Daniel Oprita əvəzedici komandaya göndərilib. Onun sözlərinə görə, bu yay transfer edilən həmin əcnəbi futbolçuların gedişi gündəmdədir: “Barboza ilə Oprita bir müddət əvəzedici komandada oynayacaq. Çətin ki, onlar yenidən əsas komandada oynasın. Hər halda, heyətlə bağlı yekun qərar baş məşqçiyə məxsusdur. Barboza və Oprita ilə qış fasiləsində birdəfəlik ayrılacağımız istisna deyil”.