Serbiyalı futbolçu “Bakı”dan FİFA-ya şikayət etdi
20.10.2009 - 10:00
Azərbaycan çempionu “Bakı”nın sabiq üzvü Deyan Brankoviç FİFA-ya şikayət edib. Apasport.az saytının məlumatına görə, serbiyalı müdafiəçi paytaxt klubundan pulunu ala bilmədiyi üçün narazıdır. Brankoviç iddia edir ki, “Bakı” rəsmiləri müqavilədə nəzərdə tutulan pulu və çempionluğa görə mükafatı ona verməyiblər. İlyarım əvvəl Serbiyanın OFİ komandasından "zolaqlılar"a sərbəst agent kimi keçən və bu ilin yayında geri qaytarılan legionerin tələb etdiyi məbləğ ümumilikdə, 50 min ABŞ dollarına bərabərdir.
Eyni zamanda, Çempionlar Liqası üçüncü təsnifat mərhələsi çərçivəsində "Levski"yə qarşı cavab matçından sonra “Bakı” ilə müqaviləsini könüllü şəkildə pozan Naçevski də narazıdır. Makedoniyalı yarımmüdafiəçi "Bakı" rəhbərliyinin ona 120 min dollar borclu olduğunu bildirib. Vətənində işləri yaxşı getməyən Draqan keçmiş klubundan çempionluğa görə də pul istəyir.
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov həm Brankoviç, həm də Naçevskinin ittihamlarını cavablandırıb. O vurğulayıb ki, sözügedən məsələdə Brankoviç haqsızdır: “Deyan ötən mövsüm cəmi 4 dəfə meydana çıxıb. O da birinci dövrənin lap əvvəlində. Belə şərt kəsmişdik ki, o, axıradək əsas heyətə düşəcəyi təqdirdə, pulunu tam alacaqdı. Bu bəndi müqaviləyə də salmışıq. Amma Brankoviç zədə ucbatından ikinci dövrədə bir dəfə də əsas heyətə düşmədi. Bir neçə ay müalicə kursuna getdi. Yenə ürəyim dözmədi, Serbiyaya yollananda cibinə 4 min dollar pul qoydum. FİFA-ya şikayət etməsindən xəbərim var. FİFA bizə məsələni araşdırmaq üçün hələlik sorğu göndərməyib. Bunu gözləyirik. Əlimizdəki bütün sənədləri göndərməyə hazırıq ki, işin nə yerdə olduğunu bilsinlər. Brankoviçin çempionluqda heç bir payı yoxdursa, niyə əlavə mükafat almalıdır? "Bakı" pulunu küçəyə tökməyib".
Məmmədov Naçevskinin açıqlamasına da toxunub. Vitse-prezident makedoniyalının onlarla əlaqə saxlamadığını, yayılan məlumatlardan xəbərsiz olduğunu və klubdan ayrılan futbolçuların heç birinə borclu qalmadıqlarını söyləyib.

0
0