Arşavin: Bakıda bizə qələbə lazım olsaydı, mütləq qazanardıq
20.10.2009 - 10:09
Arşavin: Bakıda bizə qələbə lazım olsaydı, mütləq qazanardıq
“Almaniya və Azərbaycanla oyunlara açıq-aşkar fərqli hazırlaşmağımın səbəbi var. Bakıdakı görüşümüz nəyisə həll etsəydi, Almaniya və Azərbaycanla matça hazırlıq baxımından heç bir fərq qoyulmazdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının kapitanı Andrey Arşavin deyib.

2010-cu il dünya çempionatının seçmə mərhələsində Bakıdakı oyunda (1:1) yığmasının yeganə qoluna imza atan 27 yaşlı hücumçunun ölkəmizə səfər öncəsi arzusu dünən çin çıxdı. Məsələ ondadır ki, Rusiyanın qrupda 2-ci yeri tutub, pley-off mərhələsinə çıxacağı hələ milli komandamızla oyun öncəsi dəqiqləşmişdi. Londonun “Arsenal” klubunda çıxış edən Arşavin də məhz həmin vaxtda 2010-cu il dünya çempionatına vəsiqə uğrunda mübarizədə Sloveniya yığması ilə düşmək istədiyini bildirmişdi: “Heç vaxt əvvəldən sevinməyə dəyməz. Gəlin, bunu qələbəyə qədər təxirə salaq. Əgər bu, baş verərsə, qələbəni qeyd etməyə də səbəb olacaq. Hər bir oyuna hazırlaşmaq lazımdır, vəssalam. Əgər Bakıda bizə qələbə lazım olsaydı, mütləq qazanardıq. Mənim buna şübhəm yoxdur”.