“Olimpik-Şüvəlan” - “Xəzər-Lənkəran” oyununun vaxtı dəyişdirildi
20.10.2009 - 14:16
Azərbaycan çempionatının III turundan təxirə salınmış “Olimpik” - “Xəzər-Lənkəran” görüşünün vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, “Şəfa” stadionunda keçiriləcək oyun əvvəl nəzərdə tutulduğu kimi, sabah saat 16:00-da yox, bundan 15 dəqiqə gec başlayacaq. Həmin görüş Az.TV ilə canlı yayımlanacaq.
III turun “Şəfa”da keçiriləcək digər matçı - “İnter” - “Bakı” görüşünün də Az.TV ilə canlı yayımı nəzərdə tutulub. Tura cümə axşamı yekun vuracaq həmin matç saat 17:10-da başlayacaq.
III turun “Şəfa”da keçiriləcək digər matçı - “İnter” - “Bakı” görüşünün də Az.TV ilə canlı yayımı nəzərdə tutulub. Tura cümə axşamı yekun vuracaq həmin matç saat 17:10-da başlayacaq.
- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0