908 günlük həsrət və ya “Olimpik-Şüvəlan” bacarmadığı komanda ilə üz-üzə
20.10.2009 - 14:40
“Olimpik-Şüvəlan” klubu üçün ölkə çempionatının təxirə salınmış III turunda “Şəfa” stadionunda qəbul edəcək “Xəzər-Lənkəran” arzuolunmaz rəqibdir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi artıq 30 aydır, daha dəqiqi, 908 gündür ölkə çempionatında lənkəranlıların qapısına yol tapa bilmir.
İndiyədək “Olimpik” adlanan komanda ilə görüşən “Xəzər-Lənkəran” sonuncu dəfə 2006/07 mövsümündə, yəni 2007-ci ilin aprelin 27-də evdə keçirdiyi görüşdə (3:2) bu komandadan qol buraxıb. Sonuncu qolun müəllifi ötən ilin yayından “Bakı”da çıxış edən, milli komandamızın da üzvü olan braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramim olub. O, həmin görüşün 43-cü dəqiqəsində fərqlənib və bundan sonra komandalar çempionatda 4 dəfə görüşüb. Maraqlıdır ki, bunlardan üçü qolsuz heç-heçə olub və yalnız birində cənubluların 1:0 hesablı qələbəsi qeydə alınıb. Həmin qolu da elə “Şəfa” stadionunda “Xəzər-Lənkəran”ın ötən mövsüm bombardiri olan bolqar hücumçu İvan Svetkov vurub.
“Olimpik” “Xəzər-Lənkəran”a sonuncu dəfə qol vurduğu oyundan sonra uzun müddət uğurlu seriya davam etdirdi. Belə ki, komanda düz bir il çempionatda uduzmadı və onu sonda dayandıran Bakının “İnter” klubu (1:0) həmin mövsüm ölkə çempionu oldu.
Qeyd edək ki, “Olimpik-Şüvəlan”ın “Xəzər-Lənkəran”la bağlı digər uğursuz sindrom milli çempionatlarda bu komandaya qalib gələ bilməməyidir. Keçirilən 8 görüşün 5-i lənkəranlıların qələbəsi ilə nəticələnib, 3-də isə heç-heçə qeydə alınıb. “Olimpik-Şüvəlan”ın “Xəzər-Lənkəran” üzərində yeganə qələbəsi 2007/08 mövsümündə ölkə kubokunda olub. Bu, 2008-ci ilin martın 6-da “Şəfa”da keçirilən ilk ¼ final oyununda reallaşıb. Ancaq iki həftə sonra evdə keçirilən cavab görüşündə 2:0 hesabı ilə qalib gələn lənkəranlılar yarımfinala çıxıb və sonda həmin mövsüm kubokunun sahibi olub.

0
0