Yığmamızın futbolçusu Afrikada birincidir!
20.10.2009 - 15:15
Azərbaycan yığmasının sabiq müdafiəçisi Usim Nduka üçün Unibank Premyer Liqasının III turu əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “Olimpik-Şüvəlan”ın futbolçusu “Xəzər-Lənkəran”la matçda 100-cü çempionat matçına çıxacaq. İndiyədək Azərbaycan çempionatlarının güclülər dəstəsində 99 oyun keçirən Nduka bu görüşlərdə 2 qol və 2 avtoqolun müəllifi olub. Milliləşdirilərək bir müddət əvvəl yığmamıza cəlb olunan 24 yaşlı nigeriyalı ölkəmizdə 100 oyun həddinə çatan birinci Afrika təmsilçisi olacaq.
Qeyd edək ki, yarandığı gündən - 2004-cü ildən “Olimpik-Şüvəlan”da çıxış edən Usim klubun tarixində hamıdan çox oyun keçirən futbolçudur.
Qeyd edək ki, yarandığı gündən - 2004-cü ildən “Olimpik-Şüvəlan”da çıxış edən Usim klubun tarixində hamıdan çox oyun keçirən futbolçudur.
- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0