Şahin Diniyev “Terek” klubunun baş məşqçisi təyin olundu
20.10.2009 - 15:31
Azərbaycanlı məşqçi Şahin Diniyev Rusiya Premyer Liqasında mübarizə aparan “Terek” klubunun baş məşqçisi təyin olunub. Apasport.az saytının məlumatına görə, bu vaxta qədər komandanı çalışdırmış Vyaçeslav Qroznı səhhətindəki problemləri əsas gətirərək, istefa verib.
Qroznının istefasından sonra “Terek”in, eləcə də Çeçenistanın prezidenti Ramzan Kadırov və vitse-prezident Xaydar Alxanov komandaya ümumi rəhbərliyi öz üzərlərinə götürüblər. Bu gündən cari mövsümün sonunadək isə baş məşqçi səlahiyyətlərini Diniyev yerinə yetirəcək.
Qeyd edək ki, futbolçu karyerası dövründə bir müddət “Terek”in formasını geyinmiş Diniyev sonradan bu komandada baş məşqçi olub. O, Qroznı təmsilçisinə bu ilin yanvarında qayıdıb. Həmin vaxt təcrübəli mütəxəssis “Terek”in əvəzedicilərdən ibarət komandasında baş məşqçi postunu tutub.

- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0