AFFA-nın sabiq vitse-prezidenti son mənzilə yola salındı
20.10.2009 - 15:57
Bu gün Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun inzibati binasında AFFA-nın sabiq vitse-prezidenti, akademik Nazim Hüseynovla vida mərasimi keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, futbol ictimaiyyətinin və institutun nümayəndələrinin iştirak etdiyi tədbirdə Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Musa Rüstəmov çıxış edib. O, Nazim Hüseynovun elmi fəaliyyəti barədə geniş məlumat verib. Daha sonra Futbol Veteranları İttifaqının sədri Rasim Zeynalov və veteran Çingiz İsmayılov mərhumun futbol sahəsində gördüyü işləri yada salıb, onun parlaq xatirəsinin futbol ictimaiyyətinin qəlbində daim yaşayacağını bildiriblər.
0
0