Azərbaycandan “qaçan” məşqçi Rusiyada tarixə düşəcək
20.10.2009 - 23:00
Oktyabrın 24-də Rusiya Premyer Liqasının XXVI turunda keçiriləcək “Krılya Sovetov” – “Terek” oyunu Azərbaycan futbol ictimaiyyətinin diqqət mərkəzinə düşəcək. Apasport.az saytının məlumatına görə, 4 gündən sonra Samarada baş tutacaq qarşılaşma Rusiya çempionatları tarixində azərbaycanlı məşqçinin iştirakı ilə güclülər dəstəsinin ilk oyunu olacaq.
Cari mövsümün startından Qroznı təmsilçisinin gənclərdən ibarət komandasının baş məşqçisi olan, əsas heyətin çalışdırıcısının istefasından sonra onu əvəzləyəcək Şahin Diniyev buna imza atan ilk azərbaycanlı kimi tarixə düşəcək. İndiyədək İqor Ponomaryov, Boris Tibilov, elə Diniyevin özü kimi mütəxəssislərimiz Rusiya klublarını çalışdırsalar da, onlar aşağı dəstədə fəaliyyət göstərib. Premyer Liqada ilkə imza atacaq həmyerlimizi qarşıdakı 5 turda ciddi sınaqlar gözləyir:
24.10.2009 “Krılya Sovetov” – səfərdə
30.10.2009 MOİK – səfərdə
08.11.2009 “Zenit” – səfərdə
21.11.2009 “Kuban” – evdə
29.11.2009 “Spartak” (Nalçik) – səfərdə
Maraqlıdır ki, Diniyevin ilk rəqibi olan samaralılar da baş məşqçiləri Leonid Slutski ilə yenicə ayrılıb. Həmyerlimizin ikinci matçdakı rəqibi isə adlı sanlı Xuande Ramos olacaq. Diniyevin növbəti mövsümdə də “Terek”ın əsas komandasında qalıb-qalmayacağı bu qarşılaşmalardakı nəticələrdən asılı olacaq.
Mövsüm ərəfəsində avrokuboklara vəsiqə iddiasında olan qroznılılar son məğlubiyyətdən sonra turnir cədvəlindəki mövqeyini bir az pisləşdirib. Keçirilən 25 matçdan sonra 9 qələbə, 6 heç-heçə və 10 məğlubiyyəti olan “Terek” 31 top vurub 38-ni buraxmaqla, 33 xalla 9-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, Diniyevin mövsümboyu çalışdırdığı gənclərdən ibarət komanda da Rusiya çempionatında 9-cu sırada qərarlaşıb: 25 oyunda, 10 qələbə, 4 heç-heçə və 11 məğlubiyyət.

0
0