Kriştianu Ronaldodan maraqlı açıqlamalar
20.10.2009 - 16:39
“Barselona” “Real”dan yaxşı oynayır. Çünki bu komandanın üzvləri bir neçə mövsümdür, birgə çıxış edirlər. Onlar bizim kimi, iki ay əvvəl komandaya gəlməyiblər”. Apasport.az saytının məlumatına görə, bu maraqlı açıqlamanı Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo verib.
Mövsümlərarası fasilədə “Mançester Yunayted”dən 94 milyon avro müqabilində “kral klubu”na transfer olunmuş 24 yaşlı futbolçu əzəli və əbədi rəqib “Barselona”nın daha yaxşı oyun göstərdiyini etiraf edib. Üstəlik, ötən il “Qızıl top”u almış portuqaliyalı yarımmüdafiəçi 2009-cu ildə bu mükafata “Barselona”lı futbolçunun layiq olduğunu söyləyib: “Məncə, bu il “Qızıl top” Lionel Messiyə verilməlidir. Çünki o, İspaniya çempionatının və Çempionlar Liqasının qalibi olub. Həmçinin, Xavi və Samuel Eto’o da mükafata iddialıdır. Ancaq mənim favoritim Messidir”.
Hazırda zədədən əziyyət çəkən Ronaldo “Real”ın heyətində çoxlu mükafatlar qazanmaq istədiyini də gizlətməyib: “İndi düzgün klubda olduğumu düşünürəm. Yeni karyeraya başlayıram. Özümü uşaq kimi hiss edirəm”.

0
0