Valdas İvanauskas: İstefa haqda fikirləşmirəm
20.10.2009 - 17:30
Valdas İvanauskas: İstefa haqda fikirləşmirəm
“İstefa vermək haqda fikirləşmirəm. Məni komandamın oyunu daha çox maraqlandırır. Cəmi 3 aydır komanda yaratmışıq, işimizi sona çatdrmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Sumqayıtın “Standard” klubunun baş məşqçisi Valdas İvanauskasa məxsusdur.

Litvalı mütəxəssis Unibank Premyer Liqasının təxirə salınan III turunun “Simurq”la qarşılaşmasından sonra 1:2 hesablı məğlubiyyətin də istefa üçün yetərli olmadığını düşünür. O, görüşdən sonrakı mətbuat konfransında oyunla bağlı fikirlərini açıqlayıb: “Erkən qol vurmaqla fikirləşirdik ki, bu bizə qələbə gətirəcək. Amma hər şey tərsinə oldu. Bu qolun ardından biz növbəti dəfə uduzduq. Bəlkə də ikinci qolu vura bilsəydik, sonluq belə olmazdı. Rəqibin standard vəziyyətlərdən daha yaxşı oynadığını bilirdik. Təhlükəni belə vəziyyətlərdən gözləsək də, hər iki qol adi oyun epizodundan vuruldu”.