Vaqif Cavadov Andrey Arşavinlə birgə fotosessiyada olacaq
20.10.2009 - 17:57
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov İngiltərəyə yollanıb. Apasport.az saytının xəbərinə görə, “Qarabağ” klubunda forma geyinən 20 yaşlı futbolçu nüfuzlu jurnallardan biri üçün foto çəkilişlərdə iştirak edəcək.
Bu il həm milli komandada, həm də klubunda göstərdiyi inamlı oyunla futbolsevərlərin böyük rəğbətini qazanan Vaqif səfərə tək çıxsa da, Londonda “Arsenal” klubunun rusiyalı hücumçusu Andrey Arşavinlə birgə olacaq. Məlum olduğu kimi, Azərbaycan və Rusiya yığmaları arasında oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən rəsmi oyunda (1:1) qolları Cavadovla Arşavin vurub. Bu görüşdən sonra hər iki futbolçu belə təklif alıb.
Daha doğrusu, Vaqiflə bağlı təklif AFFA-ya gəlib və gənc futbolçumuz assosiasiyanın xətti ilə Londona yollanıb. Belə olan halda, hücumçu Unibank Premyer Liqasının təxirə salınmış III turu çərçivəsində Salyanda yerli “Muğan”la sabahkı görüşdə iştirak etməyəcək. İki gün sonra vətənə dönəcək Vaqif VIII tur çərçivəsində oktyabrın 25-də Yevlaxda “Karvan” klubu ilə oyunda iştirak edəcək.

0
0