“Xəzər-Lənkəran”ın futbolçusu həkim nəzarəti altındadır
20.10.2009 - 22:01
“Xəzər-Lənkəran” klubunun əvəzedicilərdən ibarət komandasının qapıçısı Cavid Səfərovun səhhətində problem yaranıb. Apasport.az saytının xəbərinə görə, bu gün “Olimpik-Şüvəlan”la qarşılaşmanın sonlarına yaxın rəqib hücumçu ilə toqquşan qapıçı xəsarət alıb. Üzündən yaralanan Səfərov xəstəxanaya çatdırılıb və hazırda həkim nəzarəti altındadır. Klubun rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, qapıçının üzünə bir neçə tikiş qoyulmalıdır.
- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0