Tarixə düşən matç
21.10.2009 - 09:38
Tarixə düşən matç
Qlazqoda keçirilmiş “Reyncers” - “Unirea” oyunu Çempionlar Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Şotlandiya təmsilçisinin rumıniyalılarla görüşündə vurulan qolların 3-ü avtoqol olub.

Hesabı 2-ci dəqiqədə “Unirea” açıb, ancaq bu epizodda Rikardo Vilano qapını səhv salaraq, rəqib komandanı sevindirib. Fasiləyədək onun komanda yoldaşları tarazlığı bərpa ediblər. İkinci hissədə isə qapılar dəyişdiyindən, “etibarsız” qapı şotlandlara məxsus olub. Elə digər iki avtoqol da həmin qapıya vurulub.

“Reyncers”in baş məşqçisi Valter Smit hesab 1:1 olarkən, Tim Laffertini meydana buraxıb. 46-cı dəqiqədə mübarizəyə başlayan futbolçu cəmi 3 dəqiqədən sonra “tapşırığın” öhdəsindən gələrək qol vurub. Lakin o da öz qapısına yol tapıb. Matçın 59-cu dəqiqəsində isə Li Makkullox diqqət mərkəzinə düşüb. Şotlandların “hədiyyə”lərinə sevinən rumıniyalılar özləri də qol vurmaq qərarına gəlib və oyunda son nöqtəni qoyublar – 4:1.
0