Şahin Diniyev “Nou Kamp” stadionundakı nəticəyə sevindi
21.10.2009 - 14:55
Şahin Diniyev “Nou Kamp” stadionundakı nəticəyə sevindi
Çempionlar Liqasının qrup mərhələsinin III turunda İspaniyada “Barselona”nı məğlub edən “Rubin”in uğuru bütün Rusiyada bayram kimi qeyd olunur. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq kapitanı və məşqçisi Şahin Diniyevin rəhbərlik etdiyi “Terek” klubu da “Nou Kamp” stadionunda baş verənlərə biganə qalmayıb.

Qroznı təmsilçisinin rəhbərliyi kazanlıların sevincinə şərik çıxmağı, onlara təbrik teleqramı göndərməyi lazım bilib: “Siz parlaq və praqmatik futbol sərgiləyib Çempionlar Liqasının son qalibini məğlub etməklə, özünüzün və Rusiya Premyer Liqasının səviyyəsini bütün dünyaya göstərdiniz. Çempionlar Liqasında sizə belə parlaq qələbələr arzulayırıq”.