Rauf Mehdiyev “Simurq” klubundan kənarlaşdırıldı
21.10.2009 - 15:45
“Simurq” rəhbərliyi qapıçı Rauf Mehdiyevlə yollarını ayırıb. Apasport.az-ın Zaqatala klubunun rəsmi saytına istinadən məlumatına görə, bu qərar futbolçunun davranışlarına əsasən çıxarılıb. “Simurq”un prezidenti Zaur Məmmədov açıqlamasında Mehdiyevdən narazılığını gizlətməyib.
“Rauf Mehdiyev "Simurq"da oynamaq istəmirdi, məşqlərə qeyri-ciddi yanaşırdı. Ümumiyyətlə, onun davranışı, komandaya və oyunlara münasibəti "Simurq"un konsepsiyasına, ənənələrinə və məqsədlərinə uyğun gəlmirdi. Məhz bütün bunları nəzərə alaraq, klub rəhbərliyi Mehdiyevin klubdan uzaqlaşdırılmasına qərar verdi" - deyə Məmmədov vurğulayıb.
Qeyd edək ki, yığmamızın da şərəfini qoruyan 33 yaşlı qapıçı bu ilin yayında “Olimpik-Şüvəlan”dan “Simurq”a keçib. Amma o, Unibank Premyer Liqasının cari mövsümündə Zaqatala təmsilçisinin heyətində debüt edə bilməyib. Rauf “Simurq”da cəmi iki matçda - Avroliqada İsrail “Bney Yehuda”sı (0:1; 0:3) ilə qarşılaşmalarda forma geyinib.

- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
0
0