Denis Kalinkov: Hakimlər bizə çətinlik yaratdı
23.10.2009 - 14:37
“Olimpik-Şüvəlan”a uduzmağımızda süni örtükdə oynamağımızın da, hakimliyin də, elə komandamızın zəif təsir bağışlamasının da rolu oldu. Lakin bu, bizi sındıra bilməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun futbolçusu Denis Kalinkov deyib.
Moldova yığmasının hücumçusu “Olimpik-Şüvəlan”a məğlubiyyətin komandaya təsir etməyəcəyini düşünür: “Hətta növbəti oyunu uduzsaq belə, bu psixoloji cəhətdən komandaya təsir etməyəcək. Son matçı süni örtükdə oynamağımıza gəlincə, meydana uyğunlaşmağa 2 gün vaxtımız oldu. Əslində, hər iki komanda eyni vəziyyətdə idi. Elə alındı ki, bəzi futbolçularımız buna uyğunlaşa bilmədi. Bizimlə oyundan əvvəl “Şəfa” stadionunu sulamışdılar ki, örtük yeni təsiri bağışlasın. Lakin tez quruduğundan belə oyuna hazır olmadığı aydın oldu”.
Kalinkov komandasını “Olimpik-Şüvəlan”dan daha güclü sayır: “Olimpik-Şüvəlan”ın qələbəyə daha çox layiq olduğu həqiqət deyil. Oyun göstərdi ki, biz daha məzmunlu oynayırıq. Lakin nəticə rəqibin xeyrinə oldu. Həm oyun, həm də səviyyədə “Olimpik-Şüvəlan”dan üstünük. Amma hakimlər də bizə əlavə çətinlik yaratdı”.
Mənbə: extratime.az

0
0